Efiopiyada Afrikanın ən böyük hava limanının tikintisinə başlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Efiopiya Hava Yolları məlumat yayıb.
Bildirilib ki, Bişoftu şəhərində 12.5 milyard dollarlıq layihənin tikintisi 2030-cu ildə başa çatacaq.
Hava limanında ümumilikdə 270 təyyarə park edilə biləcək və hər il 110 milyon sərnişinə xidmət göstəriləcək.