AZ

İki kişi dörd yaşlı qızı zorlayıb damdan atdı

Hindistanda bir neçə nəfərin uşağı zorlaması cəmiyyətdə geniş narazılığa səbəb olub.

Publika.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb. Qeyd edilib ki, polis uşağa təcavüz etməkdə şübhəli bilinən iki kişini həbs edib. Nəşrin məlumatına görə, təcavüzkarlar cinayəti törətdikdən sonra azyaşlı qurbanı evin damından atıblar.

Hadisə Uttar Pradeş ştatında baş verib. Belə ki, iki qonşu eyvanda 6 yaşlı bir qız uşağının tək olduğunu görüblər. Kişilər uşağa hücum edib onu cinsi təcavüzə məruz qoyublar. Canilərin əməllərini daha da dəhşətli edən fakt isə uşağı damdan atmaları olub. Qurbanı xilas etmək mümkün olmayıb.

"Hüquq-mühafizə orqanları şübhəlilərin kimliyini və yerini müəyyən edib. Polis onları tutmağa cəhdi edən zaman canilər atəş açıblar. Atışma zamanı hər iki kişi güllə yarası alıb və onlar ilkin dindirmə zamanı günahlarını etiraf ediblər",- nəşr yazıb.

Seçilən
69
publika.az

1Mənbələr