
Böyük Britaniya atəşkəsdən sonra Ukraynaya mümkün qoşun yerləşdirilməsi üçün hazırlıq məqsədilə 200 milyon funt sterlinq (təxminən 270 milyon dollar) ayırıb.
Yenaiavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Böyük Britaniya hökumətinin saytında dərc olunmuş bəyanatında bildirilir.
Sənəddə bildirilir ki, bu vəsait nəqliyyat vasitələrinin, rabitə sistemlərinin, dron əleyhinə müdafiə sistemlərinin, həmçinin qoşunların Ukraynada yerləşdirilməsini təmin etmək üçün əlavə avadanlıqların modernləşdirilməsinə sərf olunacaq.
Bəyanata görə, vəsait ölkənin əsas müdafiə büdcəsindən gələcək.