Tehranın ətrafında yerləşən Baharestan şəhərində İran təhlükəsizlik qüvvələri təxminən 100 “silahlı iğtişaş iştirakçısını” həbs edib.
NOCOMMENT.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, bu şəxslər ictimai asayişi pozaraq həm vətəndaşlara, həm də təhlükəsizlik qüvvələrinə qarşı silah tətbiq ediblər.
Digər bir hadisə Rudbar şəhərində baş verib: polis bölməsinə silahlı hücum nəticəsində bir polis zabiti həyatını itirib.
Baş leytenant Məhəmməd Pür Ebrahim hücum zamanı aldığı odlu silah yaralarından dünyasını dəyişib. Bu hadisələr ölkədəki etiraz dalğasının nə qədər gərgin və təhlükəli olduğunu bir daha göstərir.
Sara