AZ

Azərbaycanlı milyonçunu necə müflisləşdirib həbsə atdılar? Adi kreditlə başlayan FACİƏ

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Avrokon Trast” şirkətinin azərbaycanlı təsisçisi, hüquqşünas Elçin Səfər oğlu Muradov Rusiyada necə müflisləşdirilərək, həbs olunub?

Lent.az yerli mediaya istinadla bildirir ki, Muradov uzun illər ərzində Rosneft və maliyyə-sənaye sektorunda fəaliyyət göstərən bir sıra iri şirkətlərə hüquqi dəstək göstərib.

“Sadə” kreditlə başlayan hekayə

2014-cü ildə Muradov Rusiya Elmlər Akademiyasının rəhbərinin müşaviri Valeri Çiçkanovdan 2 milyon avro borc alıb. Kredit daşınmaz əmlak girovu ilə təmin olunub: ümumi dəyəri təxminən 3 milyon dollar olan bir neçə mənzil və parkinq yerləri girov qoyulub. Muradov borcun bir hissəsini pul şəklində qaytarıb, qalan hissəsini isə girov qoyulmuş əmlak hesabına bağlayıb. Lakin problem ondadır ki, onun əmlakları geri qaytarılmayıb. Bundan sonra münaqişə başlayıb.

Elçin Muradov

Saxta müqavilənin ortaya çıxması

Daha sonra saxtalaşdırılmış bir müqavilə meydana çıxıb…

2021-ci ildə Valeri Çiçkanov məhkəməyə 2019-cu il tarixli borc müqaviləsini təqdim edərək iddia edib ki, Muradovun 2014-cü ildə götürdüyü 2 milyon avro kreditə görə 2 milyon avro da faiz borcu var. 

Ədliyyə Nazirliyi tərəfindən aparılan ekspertiza sənədin saxtalaşdırıldığını və Muradovun imzasının saxta olduğunu müəyyən edib. Məhkəmələr, o cümlədən Moskva Şəhər Məhkəməsi, 2014-cü il borcun tam ödənildiyi və bütün öhdəliklərin yerinə yetirildiyi barədə qərar çıxarıb.

Valeri Çiçkanovun əks-hücumu: cinayət işi

Saxtakarlığa görə məsuliyyətdən yayınmaq üçün Valeri Çiçkanov polisə müraciət edərək, guya Muradovun faizləri ödəməmək məqsədilə əvvəlcədən öz imzasını saxtalaşdırdığını iddia edib. Polis isə şikayəti əsassız sayaraq, baxmayıb.

Daha sonra isə yüksək vəzifəli kəşfiyyat əməkdaşlarının dəstəyi ilə Çiçkanov İstintaq Komitəsi tərəfindən cinayət işinin başlanmasına nail olub. Nəticədə Muradov həbs edilib. 2023-cü ilin oktyabrından etibarən o, istintaq təcridxanasında saxlanılır. Bir neçə dəfə imtina edildikdən sonra iş nəhayət Tver Rayon Məhkəməsinə “keçirilib”.

Valeri Çiçkanov

Təcrid zamanı əmlakına yönəldilər

Həbsdə olduğu müddətdə Muradov 65 milyon rubl məbləğində bank kreditinə xidmət göstərə bilməyib. Girov ümumi dəyəri 600 milyon rubl (təxminən 12 milyon 729 min 600 manat) olan aktivlər idi. Çiçkanovlar bankdan həmin borcu satın aldılar. Lakin bir problem ortaya çıxdı: Muradovun dostları məhkəmə və notarius vasitəsilə borcun bütün məbləğini tam şəkildə ödədilər və iflas işi bağlandı.

Bundan sonra Çiçkanovlar nə etdilər?

Onlar ödəməni qəbul etməkdən imtina etdilər və buna baxmayaraq, məhkəməyə yenidən iflas prosedurunun başlanması üçün təzyiq göstərməyə davam etdilər — məqsəd qalan aktivləri “tam təmizləmək” idi.

Bununla da bitmir: məhkəmə qeyri-adi sürətlə işləyir

25 may 2025-ci ildə Valeri Çiçkanovun oğlu, “Delovaya Rossiya” təşkilatının profilaktik tibb üzrə alt komitəsinin sədri Roman Çiçkanov kassasiya şikayəti təqdim etdi.

28 mayda hakim O. N. Savina şikayəti icraata qəbul etdi. 4 iyuna qədər, cəmi 7 gün sonra artıq məhkəmə iclası təyin olundu. Halbuki belə sürət normal deyil və yalnız fövqəladə hallarla izah oluna bilər.

Yekun olaraq

Kredit → Əmlak → Saxtakarlıq → Cinayət işi → Həbs → İflas → Ödənişin bloklanması → Sürətləndirilmiş məhkəmə iclası.

Bu mübahisə artıq sadə mülki çəkişməyə deyil, xüsusi xidmət ssenarilərini xatırladan elementlərlə müşayiət olunan reyder tipli əməliyyata daha çox bənzəyir. Burada əsas hədəf oliqarx yox, aktivlərini təhvil verməkdən imtina etmiş bir hüquqşünasdır.

Qeyd üçün bildirək ki, Valeri Petroviç Çiçkanov 2023-cü ildə vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
lent.az

1Mənbələr