AZ

Roma səhhətində problem yaranan futbolçunu satdı

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Roma" səhhətində problem yaranan futbolçunu satdı

“Roma”nın yarımmüdafiəçisi Edoardo Bove karyerasını İngiltərədə davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, 23 yaşlı italiyalı futbolçu gələn həftə Çempionşip təmsilçisi “Uotford”a keçəcək. Tərəflər transferin bütün detalları ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Bove bu mövsüm səhhətində yaranan problemlər səbəbindən meydana çıxmayıb. O, ötən mövsüm A Seriyasında “İnter”ə qarşı keçirilən matç zamanı – “Fiorentina”da icarə əsasında çıxış edərkən ürək dayanması problemi ilə üzləşmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
4
qol.az

6Mənbələr