AZ

Paşinyanla II Qareginin qarşıdurması dərinləşir

Mən artıq demişəm ki, Ktriç Nersisyan (II Qaregin) bütün ermənilərin katolikosu deyil və buna görə də onun bu vəzifədə qəbul etdiyi qərarların bizim üçün heç bir dəyəri yoxdur və əhəmiyyətsizdir.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

O qeyd edib ki, yepiskop Qevorq Saroyan Erməni Apostol Kilsəsinin Masiatsotn Yeparxiyasının başçısı kimi qalmaqda davam edir.

Xatırladaq ki, Ktriç Nersisyanın əmri ilə Masiatsotn Yeparxiyasının başçısı yepiskop Qevorq Saroyan yeparxiya başçısı vəzifəsindən azad edilib.

"Cebheinfo.az"

Seçilən
51
4
cebheinfo.az

7Mənbələr