16:06 10.01.2026
16:06 10.01.2026
ABŞ Dövlət Departamenti Diversity (Müxtəliflik) immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb.
Mynews.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, hazırda əsas diqqət ABŞ-nin milli və ictimai təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsinə yönəldilib.
DV-2027 proqramı ilə bağlı isə hələlik heç bir yeni elan yoxdur.