ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Venesuela parlamentinin keçmiş üzvü, müxalifətçi Mariya Korina Maçado respublikanın yeni hökumətinə qoşula bilər.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı TASS yayıb.
"Mən onunla danışmalıyam. Biz danışacağıq. O, hansısa formada hökumətin işində iştirak edə bilər", - D.Tramp Venesueladakı vəziyyəti şərh edərkən deyib.
O, həmçinin M.K.Maçadonun yanvarın 13-də və ya 14-də Vaşinqtona səfərinin gözlənildiyini də bildirib.
"Cebheinfo.az"