Yaxşı yaddaş məktəblilərə həm dərslərdə, həm də gündəlik həyatda kömək edir.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, pedaqoq Vasili Kovalyovun sözlərinə görə, yaddaşı inkişaf etdirmək üçün məşqlər müntəzəm olaraq, gündə ən azı 5-10 dəqiqə yerinə yetirilməlidir. Effektiv üsullara neyrobika, assosiasiyalar və mnemonik texnikalar, mental xəritələr və ucadan oxu daxildir.
Kiçikyaşlı uşaqlar üçün isə oyun formasında məşqlər daha faydalıdır: rəngli əşyaları yadda saxlamaq, şəkillərin yerini dəyişmək və sözləri əzbərləmək. Bu üsullar yaddaşın asan və maraqlı şəkildə inkişafına kömək edir.