AZ

“Arsenal” parlaq qələbə qazandı, Mareska “Çelsi”dən getdi

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

19-cu tur heç də məhsuldar olmasa da, hadisələrlə zəngin idi. "Football-plus.az" xəbər verir ki, turun mərkəzi oyununda “Arsenal”la “Aston Villa” qarşılaşdı. Artetanın “topçular”ı Emerinin “Villa”sı ilə oyunda heç bir problem yaşamadı, parlaq qələbə qazandı. “Arsenal” 19-cu turdan sonra ən yaxın izləyicisi MS-dən 4 xal irəli düşdü. Ona görə ki, “Siti” səfərdə “Sanderlend”in müdafiəsini yara bilmədi – 0:0. 2026-nın ilk günündə “Çelsi”də məşqçi istefası yaşandı. Entso Mareska “zadəganlar”ın baş məşqçi postundan qovuldu. İtaliyalı mütəxəssisin “sükan arxasında” olduğu son oyunda onlar “Bornmut”la məhsuldar heç-heçəyə razılaşdı. Aşkar autsayder “Vulverhempton”la oyunda heç-heçə edən MY də xal itirdi. Cari mövsümdə 3-cü xalını qazanan “Vulverhempton” premyer-liqa tarixinə ilk 19 turdan sonra qələbəyə həsrət qalan 2-ci komanda kimi düşdü. İlk belə antirekorda 1902/03 mövsümündə “Bolton” “imza atıb”.“Liverpul” – “Lids”, “Brentford” – “Tottenhem” oyunlarında qolsuz heç-heçə qeydə alındı. “Bernli”nin qonağı olan “Nyukasl” inamlı qələbə qazandı. “Everton” səfərdə “Nottingem Forest”in qapısından iki cavabsız qol keçirdi. “Vest Hem” – “Brayton”, “Kristal Pelas” – “Fulhem” oyunlarında komandalar hərəyə bir xal qazandı. Sadəcə, birinci oyunda 4, ikincidə isə 2 qol vuruldu.19-cu turArsenal – Aston Villa 4:1Qabriel, 48. Subimendi, 52. Trossar, 69. Jezus, 78 – Uotkins, 90+4. (60279)Arsenal: Rayya, Timber (Uayt, 83), Saliba, Qabriel (Lüis-Skelli, 77), İnkapye, Edeqor, Subimendi, Merino (Nerqor, 73), Saka (Madueke, 83), Dyökereş (Jezus, 77), Trossar. Sanderlend – Mançester Siti 0:0(46920)MS: Donnarumma, Nunyeş, Diaş, Ake, O’Rayli (Qvardiol, 57), B.Silva (Reynders, 86), Niko (Rodri, 46), Foden, Savinyo (Dokyu, 52), Şerki, Holann.Çelsi – Bornmut 2:2Palmer, 15-p. Fernandes, 23 – Bruks, 6. Klyuvert, 27. (39902)Çelsi: Sançes, Açimponq (Ceyms, 46), Çaloba, Fofana, Hüsto, Kaysedo, Fernandes, Estevao (Gittens, 90+3), Palmer (Pedro, 63), Qarnaço (Neto, 46), Delap (Santos, 87).Mançester Yunayted – Vulverhempton 1:1Zirkzee, 27 – Kreyçi, 45. (73358)MY: Lammens, Dalot, Heven (Yoro, 75), Martines, Şou, Kazemiro, Uqarte (Mantato, 75), Dorqu, Zirkzee (Fletçer, 46), Kunya, Şeşko.Liverpul – Lids 0:0(60343)Liverpul: Alisson, Bredli (Kyeza, 79), Konate Van Diyk, Robertson (Kerkez, 66), Qravenberx, Cons (Makallister, 66), Frimponq (Nqumoa, 88), Soboslai, Virts (Qakpo, 66), Ekitike.Bernli – Nyukasl 1:3Loran, 23 – Joelinton, 2. Vissa, 7. Gimayrayns, 90+3. (21020)Vest Hem – Brayton 2:2Bouen, 10. Paketa, 45+4 – Uelbek, 32-p. Veltman, 61. (62438)Nottingem Forest – Everton 0:2Qarner, 19. Barri, 79. (30617)Kristal Pelas – Fulhem 1:1Mateta, 39 – Kerni, 80. (25111)Brentford – Tottenhem 0:0(17141)Turun rəqəmi17 – “Arsenal”, daha dəqiqi, Qabriel “Aston Villa” ilə oyunda hesabı künc zərbəsindən sonra açdı. “Topçular” 2025-də premyer-liqada bu yolla vurduğu qolların sayını 17-yə çatdırdı. Yalnız MY bu turnirdə bir təqvim ili ərzində künc zərbəsinin ardından daha çox – 18 qol vurub (2012-də).Turun ulduzuCeyms Qarner (Everton) – Afrika Millətlər Liqasına və zədələrə görə heyət problemi ilə üzləşən “göylər”də adı çəkilən yarımmüdafiəçi ön plana çıxdı. O, “meşəçilər”lə oyunda qol və məhsuldar ötürmə ilə yadda qaldı. MY-nin Qarneri qaytarmaq istəyi haqda xəbərlər boşuna deyil: son oyunlarda gerçəkdən yaxşı təsir bağışlayır.Turun sitatıPol Merson, “Arsenal”ın sabiq oyunçusu:

“Arsenal”a, səfərdəki nəticələrə, indi də “Aston Villa” ilə oyuna baxandan sonra hansı komandanın “topçular”ı dayandıra biləcəyini düşünürəm. MS istisna olmaqla bütün böyük komandalarla evdə oynayacaqlar. Düşünürəm ki, yetərincə asanlıqla premyer-liqanın çempionu olacaqlar. “Arsenal”ın belə oyunundan sonra MS başına çarə qılmalıdı”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
1
icma.az

2Mənbələr