AZ

"Zirə" də Türkiyəyə getdi

"Zirə" qış təlim-məşq toplanışının ikinci hissəsini həyata keçirmək üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

"Football-plus.az" xəbər verir ki, qəsəbə təmsilçisi bu gün səhər saatlarında qardaş ölkəyə yola düşüb.

"Zirə"nin Antalya toplanışı yanvarın 17-dən davam edəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 3 yoxlama oyununda qüvvəsini sınayacaq. "Qartallar" yanvarın 12-də Rumıniyanın “Çiksereda”, 16-da isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.

Seçilən
8
5
football-plus.az

6Mənbələr