Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Daxili İşlər Nazirliyi məlumat yayıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 9-da ümumi çəkisi 31 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 25,9 kiloqrama yaxın marixuana, 1,4 kiloqramdan artıq psixotrop maddə metamfetamin, 2,2 kiloqramdan artıq həşiş və yarım kiloqrama yaxın tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.