AZ

Saar Azərbaycana işgüzar səfər edəcək

ain.az bildirir, Bizimyol portalına istinadən.

İsrail xarici işlər naziri Gideon Saar Azərbaycana işgüzar səfər edəcək.

Bizimyol.info xəbər verir ki, Azərbaycan-İsrail Alyansına istinadən "Global News"un verdiyi məlumatına görə, xarici işlər naziri yanvarın 26-da Bakıya gələcək.

Mənbələrə görə, Saarın səfəri bir gün davam edəcək. O, Azərbaycan xarici işlər naziri və digər yüksək vəzifəli şəxslərlə görüşməyi planlaşdırır.

Vaşinqtonda yerləşən Hudson İnstitutunun təhlilində: "Bu səfər Qərb və İsrail analitiklərinin artan diqqəti fonunda baş verir, çünki Bakı tez-tez Orta Asiyaya açılan qapı kimi xatırlanır", - deyə qeyd edilir.

Saarın Azərbaycana səfərindən sonra Qazaxıstana səfər etməsi gözlənilir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
bizimyol.info

1Mənbələr