"Football-plus.az" xəbər verir ki, mütəxəssis futbolçularının yaxşı mübarizə apardığını deyib:
"Mənim üçün maraqlı oyun alındı. Futbolçular yaxşı mübarizə apardı. Baxmayaraq ki, səfərə gələn kimi oyuna çıxdıq. Akademiyadan da 5 oyunçunu yoxlamaq imkanı oldu. Yaxşı təsir bağışladılar. İnanıram ki, gələcəkdə onlardan da əsas komandaya namizədlər olacaq. Veysəl Rzayev də ilk oyununa çıxdı və yaxşı təsir bağışladı. Bəli, çatışmazlıqlar var, komanda uyğunlaşmalıdı. İkihissəli oyunda ilk "11-liy"imizi meydana buraxmadıq. Fərqli hissələrdə təzyiq altında oynamalarını istədim. Əsas odu ki, zədəsiz, itkisiz matçı başa vurduq. Bir həftədi ki, məşqlərə başlamışıq. İnanıram ki, çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacaq".