AZ

Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI

Son illər paytaxtda və regionlarda fəaliyyət göstərən mağazalara diqqət yetirdikdə, vitrində təkcə yerli istehsal deyil, müxtəlif ölkələrdən gətirilən ət məhsullarının da yer aldığını görmək mümkündür.

Qablaşdırmalar üzərində xarici istehsalçı adları, fərqli mənşə ölkələri və idxal tarixləri alıcıların diqqətini çəkir.

Bir çox istehlakçı bu məhsulların haradan gətirildiyi, keyfiyyəti və qiymət fərqlərinin səbəbi ilə maraqlanır. Xaricdən idxal olunan ət məhsulları əksər hallarda yerli ətlə müqayisədə daha münasib qiymətə təklif olunur. Bu da bazarda alternativ seçimlərin artmasına və istehlakçıların daha ucuz məhsullara yönəlməsinə səbəb olur.

Qiymət fərqini həmin ölkələrdə heyvandarlığın sənaye üsulu ilə inkişaf etməsi, istehsal xərclərinin nisbətən aşağı olması və iri həcmli ixrac imkanları ilə əlaqələndirilir.

Aznews.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycana bir sıra ölkələrdən heyvan əti idxal olunur. Rəsmi məlumata görə, ölkəyə Monqolustan, Ukrayna, Braziliya, Belarus, Argentina, Hindistan, Gürcüstan, Rusiya, eləcə də digər dövlətlərdən müxtəlif növ ət məhsulları gətirilir. Bu məhsullar müvafiq nəzarət prosedurlarından keçdikdən sonra daxili bazara buraxılır.

Seçilən
46
6
aznews.az

7Mənbələr