AZ

Şimali Koreya Cənubi Koreyanı hədələdi

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pxenyan Seulu hava məkanını pozmaqda ittiham edib

Şimali Koreya Cənubi Koreyanı dronla hava məkanını pozmaqda ittiham edib və qisas almaqla hədələyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Şimali Koreya ordusunun Baş Qərargahının açıqlamasında bildirilir: "Koreya Respublikası hava məkanımıza dron buraxmaqla ciddi təxribat törədib".

Bəyanata görə, dron uçuş zamanı videogörüntülər qeydə alıb.

Açıqlamada bildirilib ki, " videolar bu dronun müşahidə və kəşfiyyat məqsədləri üçün respublikamızın hava məkanını pozduğuna dair açıq dəlillər təqdim edir".

Qərargahdan həmçinin ötən ilin sentyabr ayında Cənubi Koreyadan Şimali Koreyaya göndərilən dronla bağlı hadisə barədə məlumat verilib.

"Suverenliyimizə qarşı təkrarlanan kobud pozuntuları və açıq təxribat aktını qətiyyətlə pisləyirik", - deyə vurğulanıb.

Cənubi Koreya öz növbəsində Şimali Koreyanın ittihamlarını rədd edib. Cənubi Koreyanın müdafiə naziri An Kyu-bak “Renhap” agentliyinə bildirib ki, sözügedən dronlar Cənubi Koreya ordusu tərəfindən idarə olunmur. Onun sözlərinə görə, Şimali Koreyanın açıqlamaları "tamamilə yalandır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
ayna.az

1Mənbələr