AZ

“Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO

Bu gün Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin 3-cü gününün yarışları keçirilib.

Apasport.az xəbər verir ki, turnirin sonuncu günündə idmançılar dağ xizəyinin slalom kateqoriyasında mübarizəyə qoşularaq birincilik uğrunda yarışıblar.

Yarışın nəticələrinə əsasən Qazaxıstan idmançısı Kseniya Brejnaya 1-ci yerə, Qazaxıstanın digər təmsilçisi Dalel Talkunova 2-ci yerə, Özbəkistan xizəkçisi Kseniya Qriqoreva isə 3-cü yerə sahib olublar.

Qeyd edək ki, “Azerbaijan Open” turnirində Azərbaycanla yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistan və Qazaxıstan Respublikalarından müxtəlif yaş kateqoriyalarını əhatə edən 25 qadın idmançı iştirak edib. Yarışlarda ölkəmizi Azərbaycanın dağ xizəyi üzrə idmançısı Anastasiya Papatoma təmsil edib.

Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub

İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO

Qılıncoynatma üzrə Azərbaycan birinciliyində ilk mükafatçılar müəyyənləşib

Fərid Qayıbov: “Yarışın əsas məqsədi idmanın kütləviliyinə nail olmaqdır”

"Üzgüçülük hamı üçün" turnirinin açılış mərasimi keçirilib

Seçilən
82
5
apasport.az

7Mənbələr