Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Çində avtomobil yarışında azı 14 nəfər xəsarət alıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Szansu əyalətinin Nantun dairəsinin, Tunçjou rayonunun xalq hökuməti bildirib.
Hadisə Sianzu əyalətinin Avtomobil və Motosiklet İdman Assosiasiyası tərəfindən keçirilən illik yarış zamanı baş verib.
"52 yaşlı sürücü nəqliyyat vasitəsinə idarəetməsini itirib və nəticədə 14 nəfər xəsarət alıb", - yerli hakimiyyət orqanları bildirib.
Bütün zərərçəkənlər xəstəxanaya aparılıb. Qeyd edilir ki, iki nəfər ağır xəsarət alıb, vəziyyətləri sabitdir.
Hüquq-mühafizə orqanları araşdırma aparır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.