“Azərbaycan Texniki Universiteti” publik hüquqi şəxsi (AzTU) kompüter avadanlıqlarının satınalınması ilə bağlı müqavilə bağlayıb.
NOCOMMENT.az xəbər verir ki, xidmətlərin icrası “Data Technologies” MMC-yə həvalə olunub.
Satınalmanın ümumi dəyəri 1 684 643 manatdır.
Şirkət təhsil müəssisəsini masaüstü kompüter, monitor, üztanıma əsaslı giriş terminalı və başqa avadanlıqlarla təmin edəcək.