AZ

Suriya ordusu Hələbdə atəşkəs elan edib, lakin kürdlər bunu inkar etdilər

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Suriya ordusu yerli vaxtla saat 15:00-dan etibarən Hələbin Şeyx Maqsud rayonunda hərbi əməliyyatların dayandırıldığını elan etdi.

Bizimyol.info xəbər verir ki, dövlət xəbər agentliyi SANA bu barədə məlumat yayıb. Bəyanatda hökumət qüvvələrinin kürd döyüşçülərini Tabqa şəhərinə geri çəkmək niyyətində olduğu bildirilir.

Hələb qubernatoru Əzzam əl-Qərib kürd məhəllələrindəki toqquşmaların təxminən 155.000 insanı evlərindən qaçmağa məcbur etdiyini bildirib.

Kürd qüvvələri Dəməşqin atəşkəs elan etməsini təkzib ediblər. Onlar bəyanatlarında bunu "ictimai rəyi çaşdırmaq üçün açıq-aşkar cəhd" adlandırıblar və döyüşçülərinin "şiddətli hücumu" dəf etməyə davam etdiklərini bildiriblər.

Kürdlər əvvəllər Hələbdəki hökumət hücumlarının Türkiyə dronlarının dəstəyi ilə həyata keçirildiyini iddia edirdilər. Türkiyə hakimiyyəti hələlik bu iddialara münasibət bildirməyib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
icma.az

1Mənbələr