AZ

Reablitasiya mərkəzindən qaçmış Nəsimi Nəbizadə ortaya çıxdı - ÖZƏL

"Qurtuluş" reabilitasiya mərkəzindən qaçmış tanınmış jurnalist Nəsimi Nəbizadə ictimaiyyət arasına çıxmağa başlayıb. 

"Cebheinfo.az"-ın məlumatına görə, Nəsimi Nəbizadə   yanvarın 10-da  təxminən saat 18:00 radələrində Abşeron rayonu Saray qəsəbəsindəki Məhəmməd Əsədov küçəsində yerləşən "Araz" marketə gəlib. Nəsimi Nəbizadə marketdən alış-veriş edib. 

Bu zaman o, tək olmayıb və yanında bir nəfər də olub. Marketdə onu görən və bu barədə "Cebheinfo.az"-a məlumat verən şəxslər Nəsimi Nəbizadənin adi vəziyyətdə olduğunu, hər hansı narkotik qəbul etmiş insan təsiri bağışlamadığını bildiriblər. 

Xatırladaq ki, Nəsimi Nəbizadə yanvarın 8-dək "Qurtuluş" reabilitasiya mərkəzində narkotik asılılığından müalicə olunub. Tanınmış jurnalistin Saray qəsəbəsində əvvəllər yaşadığı evə getdiyi məlum olub.

Seçilən
80
cebheinfo.az

1Mənbələr