Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Zaqatalada minik avtomobili aşıb, ölən var.
Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saat 19 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, Qaxdan Zaqatala şəhəri istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Bərdə rayon sakini Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna daxil olan an ölüb.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.