AZ

Şamaxıda zəlzələ oldu

Şamaxı rayonunda zəlzələ olub.

 

Pravda.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Məlumata əsasən, Pirqulu stanasiyasından 9 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 4-3 bala qədər hiss olunub.

 

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Tarix: 10 Yanvar 2026, 20:19   
Seçilən
23
17
pravda.az

10Mənbələr