AZ

Neymardan Arda Gülər haqqında: "Dünyanın ən yaxşı yarımmüdafiəçisidir"

Dünya futbolunun canlı əfsanələrindən biri olan Neymar "Real Madrid"in və Türkiyə milli komandasının gənc ulduzu Arda Gülər haqqında gözlənilməz və iddialı açıqlamalar verib. Braziliyalı hücumçu gənc futbolçunun istedadına heyran qaldığını gizlətməyib.

Milli.Az xəbər verir ki, Neymar Arda Gülərin oyun tərzini və texniki bacarıqlarını yüksək qiymətləndirərək, onun yaşının az olmasına baxmayaraq artıq zirvədə olduğunu bildirib:

"Mən Ardanın oyununa baxanda böyük zövq alıram. Onun topla davranışı, meydanı görmə qabiliyyəti və qərar vermə sürəti yaşından çox irəlidədir. Məncə, o, hazırda dünyanın ən yaxşı yarımmüdafiəçisidir."

Lalə Qüdrətova
Milli.Az

Seçilən
31
22
milli.az

10Mənbələr