Suriya ordusu Hələb şəhərində yerləşən kürd məhəlləsi olan Şeyx-Maksudda bütün hərbi əməliyyatların dayandırıldığını açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə SANA xəbər agentliyinə Suriya ordusunun əməliyyatlar idarəsindən məlumat verilib.
Yerli vaxtla saat 15:00-dan etibarən Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələrinin qalan döyüşçüləri Rakka əyalətindəki Ət-Tabqa şəhərinə aparılacaq və tərksilah ediləcək.
Dekabrın 23-də Suriya hakimiyyətinin hökumət ordusu ilə kürd silahlı qruplaşmaları arasında baş verən toqquşmalar səbəbindən Hələbdəki təhsil müəssisələrində dərsləri və dövlət qurumlarının işini dayandırdığı bildirilib.