ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Zaqatala rayonunda minik avtomobili aşıb, ölən və yaralanan var.
Moderator.az xəbər verir ki, hadisə Suvagil kəndində qeydə alınıb.
Belə ki, "Chevrolet" markalı minik avtomobilinin aşması nəticəsində 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.