20:41 10.01.2026
20:41 10.01.2026
Dünən ABŞ prezidenti Donald Tramp İran xalqının İslam Respublikasına qarşı ümumxalq üsyanını “inanılmaz” adlandırıb. O, habelə, İranın ali rəhbəri Əli Xameneiyə xəbərdarlıq edərək, etirazçıların zorakılıqla yatırılmasına qarşı diqqətli olmasını tövsiyə edib.
Tramp bəzi şəhərlərdə etirazçıların nəzarəti ələ keçirməsi ilə bağlı yayılan məlumatlara işarə edərək bildirib: “Etirazçılara atəş açmağa başlamaq sənin üçün yaxşı olmaz; çünki o halda mən də atəş açmağa başlayacağam”.
O, əlavə edib ki, əgər etirazçılar qətlə yetirilərsə, ABŞ İslam Respublikasına qarşı çox ağır zərbə endirəcək.