AZ

Almaniya vətəndaşı asayişi pozduğu üçün Gürcüstandan deportasiya edildi

BAKI, 10 yanvar. TELEQRAF

Tbilisi Beynəlxalq Hava Limanında ictimai asayişi pozan 25 yaşlı Almaniya vətəndaşı Gürcüstandan deportasiya edilib.

Teleqraf xəbər verir ki, hadisə yanvarın 7-də baş verib. Hadisə yerindən çəkilmiş video sosial mediada geniş yayılıb. Görüntülərə görə, gənc oğlan qəfil aqressivləşib. O qışqırıb, sərnişinlərə noutbukunun ekranını göstərib, ingilis və ərəb dillərində ucadan danışıb.

Təhlükəsizlik işçilərinin onu sakitləşdirmək cəhdləri uğursuz olub. Daha sonra hadisə yerinə polis çağırılıb və gənc həbs edilib.

Gürcüstan Daxili İşlər Nazirliyi qeyd edir ki, əcnəbi ictimai asayişi pozmaqla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşlarını da təhqir edib.

Tbilisi Şəhər Məhkəməsi onu xırda xuliqanlıq və polisin tələblərinə tabe olmamaqda təqsirli bilib. Gənc 4000 lari məbləğində cərimə olunub və ölkəyə girişinə üç il qadağa qoyulmaqla deportasiya edilib.

Seçilən
50
teleqraf.com

1Mənbələr