İranın Fars vilayətində etirazlar zamanı yaranan toqquşmalarda təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
"Fars vilayətinin prokuroru son gecələrdə təhlükəsizlik qüvvələrinin 6 əməkdaşının şəhid olduğunu açıqlayıb" , - məlumatda bildirilib.
Qeyd olunur ki, polis və digər hüquq-mühafizə 120-dən çox əməkdaşı yaralanıb.