AZ

Ölkə çempionatında günün qalibləri

Yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, növbəti yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.

57 kq-da ölkə çempionu İslam Bazarqanov finalda Vasif Bağırova qalib gələrək çempion olub.
Muhəmməd İsmayılov və Elman Ağayev bürünc medallara yiyələnib.

65 kq-da Rəşid Babazadə ölkə çempionu adını qazanıb. Finalda onun rəqibi Musa Ağayev olub. Bürünc medallara Əli Rəhimzadə və Murad Haqverdiyev sahib olub.

74 kq-da ölkə çempionu Turan Bayramovdu. O, finalda Ağanəzər Novruzovdan üstün olub. Bürünc medallara Nurlan Ağazadə və Musa Verdiyev sahib çıxıb.

86 kq-da Arseniy Djioyev finalda Orxan Abasovu məğlub edib. Bürünc medallar Əşrəf Aşırov və Nəsib İsayevə qismət olub.

97 kq-da Maqomedxan Maqomedov Osman Nurmaqomedovu üstələyərək çempion adını qazanıb. Zəfər Əliyev və Abdulcəlil Şabanov isə bürünc medallarla kifayətlənib.

Seçilən
11
1
football-plus.az

2Mənbələr