AZ

ABŞ da atışma baş verib: altı nəfər ölüb, bir şübhəli saxlanılıb

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Missisipi ştatının şimal-şərqindəki Kley dairəsində atışma baş verib. Yerli medianın məlumatına görə, ən azı altı nəfər ölüb. Şübhəli saxlanılıb.

Bizimyol.info xəbər verir ki, "WTVA" atışmanın üç fərqli yerdə baş verdiyini bildirib. Hüquq-mühafizə orqanları rəsmi olaraq ölənlərin sayını təsdiqləməyib, lakin kanal mənbələrə istinadən altı qurbanın olduğunu bildirib.

Kley dairəsinin şerifi Eddi Skott sosial mediada şübhəlinin saxlanıldığını və "artıq cəmiyyətimiz üçün təhlükə yaratmadığını" açıqlayıb. Atıcının şəxsiyyəti və hücumun motivi haqqında təfərrüatlar hələ açıqlanmayıb.

Ayrı bir mesajda Skott sakinləri qurbanları dəstəkləməyə çağıraraq yazıb: "Xahiş edirik qurbanlarımıza və onların ailələrinə dualar edin".

Kley dairəsi Missisipi ştatının şimal-şərqində yerləşir və əhalisi təxminən 20.000 nəfərdir. İstintaq davam edir.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
92
bizimyol.info

1Mənbələr