Nobel Komitəsi çoxsaylı müraciətlərlə əlaqədar Nobel Sülh Mükafatının laureat statusunun dəyişməz qalması barədə mətbuat açıqlaması yayıb.
Bizim.Media xəbər verir ki, Komitənin bəyanatında deyilir:
“Faktlar aydındır və yaxşı məlumdur. Nobel mükafatının verilməsi elan edildikdən sonra o, geri alına, bölüşdürülə və ya başqa şəxslərə verilə bilməz. Qərar qətidir və daimi qüvvəyə malikdir”.
Qeyd edək ki, daha əvvəl Venesuela müxalifətinin liderlərindən biri, 2025-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş Mariya Korina Maçado bu mükafatı ABŞ prezidenti Donald Trampla bölüşməyə və ya ona verməyə hazır olduğunu bildirmişdi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta