İran prezidenti Məsud Pezeşkian universitetdəki çıxışı zamanı Azərbaycan dilində danışdığına görə ruhani dairələrin narazılığı ilə üzləşib.
NOCOMMENT.az xəbər verir ki, buna baxmayaraq, dövlət başçısı təzyiqlərə geri çəkilməyərək yenidən səhnəyə çıxıb və nitqini Azərbaycan dilində davam etdirib.
Hətta o, etiraz edən ruhanilərdən birinə “əyləş” deyə müraciət edib.
Hadisənin sonunda isə maraqlı məqam yaşanıb: ilkin olaraq etiraz edən ruhani nümayəndələr özləri də Azərbaycan dilində danışmağa başlayıblar.
Bu addım cəmiyyətdə geniş müzakirələrə səbəb olub və İranda dil, kimlik və siyasi iradə mövzusunda gedən debatları yenidən gündəmə gətirib.