Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyənin İzmir vilayətinin Dikili rayonu sahillərində miqrantları daşıyan rezin qayıq batıb.
AZƏRTAC xəbər verir ki, hadisə barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazirin sözlərinə görə, hadisə Dikilinin Bademli ərazisində baş verib. Qayıqda olan 45 nəfərdən 37-si Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib, bir nəfərin isə cansız bədəni sudan çıxarılıb.
Faciə bölgəsinə dərhal bir sahil mühafizəsi helikopteri və iki xilasedici qayıq cəlb olunub. Hazırda itkin düşdüyü ehtimal edilən 7 miqrantın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.