AZ

Ağdamda qəza: xəsarət alan var

Ağdamda yol nəqliyyat hadisəsi zamanı piyada xəsarət alıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, qəza hadisəsi rayonun Quzanlı qəsəbəsində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı 90 LS 885 dövlət nömrəli avtomobil yolu keçən Ağdam rayon Baharlı qəsəbə sakini 1993-cü il təvəllüdlü Əliyev Orxan Hüseyn oğlunu vurub.

Qəza zamanı xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Seçilən
56
2
publika.az

4Mənbələr