AZ

Tramp kredit kartı faiz dərəcələrinin məhdudlaşdırılmasını tələb edir

Banco.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp kredit kartı faiz dərəcələrinin məhdudlaşdırılmasını tələb edir.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.

Tramp bildirib ki, keçmiş ABŞ Prezidenti Co Bayden administrasiyası dövründə kredit kartı şirkətləri tərəfindən tətbiq olunan faiz dərəcələri 20–30 faiz və ya daha yüksək səviyyəyə çatıb. O, “Amerika xalqının kredit kartı şirkətləri tərəfindən ‘soyulmasına’ artıq icazə verməyəcəyik” ifadəsini işlədib.

Tramp əlavə edib:

“20 yanvar 2026-cı il tarixindən etibarən, ABŞ Prezidenti kimi kredit kartı faiz dərəcələrinə bir il müddətinə maksimum 10 faiz həddi qoyulmasını tələb edirəm. Təsadüfən, 20 yanvar tarixi çox uğurlu Tramp administrasiyasının birinci ildönümünə təsadüf edir.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
banco.az

2Mənbələr