Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Pakistan və ABŞ Silahlı Qüvvələrinin bölmələri "Inspired Gambit-2026" adlı birgə antiterror manevrlərinə başlayıblar.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə idarəsi məlumat yayıb.
Bildirilib ki, iki həftə davam edəcək təlimlər ölkənin şimal-qərbində, Xayber-Paxtunxva vilayətinin Pabbi şəhərində yerləşən Milli Antiterror Mərkəzinin bazasında keçirilir.
Məlumata əsasən, təlimlərin məqsədi iki ölkənin Silahlı Qüvvələrinin bölmələrinin əməliyyat baxımından qarşılıqlı uyğunluğunu gücləndirmək, həmçinin terrorizmlə mübarizə əməliyyatlarının aparılması üzrə təcrübə mübadiləsi etməkdir. Qeyd olunur ki, xüsusi diqqət sıx şəhər mühitində döyüş əməliyyatlarının aparılması bacarıqlarının təkmilləşdirilməsinə yönəldiləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.