AZ

Bundesliqa: “Bayer Leverkuzen” öz meydanında “Ştutqart”a böyük hesabla məğlub oldu

BAKI, 11 yanvar. TELEQRAF

“Bayer Leverkuzen” klubu Bundesliqanın 16-cı turunda öz meydanında “Ştutqart” ilə qarşılaşıb.

Teleqraf xəbər verir ki, görüşdə “Ştutqart” böyükhesablı qələbə qazanıb - 4:1.

Bu gün keçirilən digər görüşlərdə “Frayburq” öz meydanında “Hamburq”a qalib gəlib – 2:1. “Union Berlin” – “Maynts” və “Haydenhaym” – “Köln” görüşləri eyni hesabla heç-heçə başa çatıb – 2:2.

Bu turun bazar günü oynanılacaq iki görüşündə Borussiya Mönxenqladbaxın “Borussiya” klubu öz meydanında “Auqsburq”u, “Bafariya” isə Münxendə “Volfsburq”u qəbul edəcək.

Seçilən
52
2
teleqraf.com

3Mənbələr