AZ

Masazırda yaşayış binasında yanğın baş verib, 25 nəfər təxliyə olunub, 1-i tüstüdən zəhərlənib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində şaxta boyu elektrik naqilləri yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 10-u azyaşlı olmaqla 25 nəfər bina sakini təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənib.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Seçilən
54
31
yeniazerbaycan.com

10Mənbələr