AZ

ABŞ dan hərbi yardımı dayandıracağıq Netanyahu

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrail ABŞ-dan aldığı hərbi yardımdan mərhələli şəkildə imtina etməyi planlaşdırır və yaxın onillikdə hərbi sahədə tam müstəqilliyə doğru irəliləməlidir.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Ekonomist” nəşrinə müsahibəsində bildirib.

Netanyahu qeyd edib ki, İsrail xarici hərbi yardımdan asılı olmamalıdır, lakin ABŞ-dan tam müstəqilliyin konkret tarixini açıqlamayıb. O bildirib ki, məqsəd növbəti 10 il ərzində ABŞ-ın hərbi yardımından asılılığı azaltmaqdır.

Jurnalistin bu asılılığın “sıfıra endirilməsi” anlamına gəlib-gəlmədiyi ilə bağlı sualına isə İsrailin baş naziri “bəli” cavabını verib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
75
1
axar.az

2Mənbələr