AZ

Azərbaycan karateçisi beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın karate üzrə millisinin üzvü Mədinə Sadıqova beynəlxalq turnirdə ikinсi yeri qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, M.Sadıqova Dünya Karate Federasiyasının (WKF) Tbilisidə təşkil etdiyi "Karate 1 Seriya A" beynəlxalq turnirində mübarizə aparıb.

Turnirin 55 kiloqram çəki dərəcəsində yarışan idmançı turnir boyu rəqiblərini ardıcıl olaraq məğlub edərək finala yüksəli və həlledici görüşdə ikinci yeri tutaraq gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə 70-dən çox ölkədən 1 200-ə yaxın karateçi iştirak edib. Azərbaycan bu mötəbər yarışda 21 idmançı ilə təmsil olunur.

"Cebheinfo.az"

Seçilən
67
5
cebheinfo.az

6Mənbələr