Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Venesuela Prezidenti Nikolas Maduro saxlanılarkən onun həyat yoldaşı Siliya Flores özü əri ilə getmək istəyib. Bu, qəhrəmanlıqdır.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiyanın Karakasdakı səfiri Sergey Melik-Bağdasarov bildirib.
"Bu vəziyyətin şahidi olanlar dedilər ki, qadın özü Maduro ilə getmək istəyib. ABŞ hərbçiləri tək Maduronu aparmaq istəyiblər. Xanımı onu tək buraxmayıb, izləyib. Bu, qəhrəmanlıqdır", - diplomat qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.