Mərakeş kralı VI Məhəmmədin səhhəti tibbi nəzarət və istirahət tələb edir, lakin monarxın bel nahiyəsində hiss etdiyi ağrılarla bağlı hər hansı ağırlaşma əlaməti müşahidə olunmur.
Publika.az MAP agentliyinə istinadla xəbər verir ki, bu barədə kralın müalicə həkimi, professor Lahsen Belamaninin rəyində bildirilir.
"Mərakeş kralı VI Məhəmməd bel-oturaq sinir nahiyəsində ağrılardan əziyyət çəkir və bu ağrılar əzələ spazmları ilə müşayiət olunur". - bu barədə yayılan tibbi rəydə qeyd edilib.
Monarxın müalicə həkimi ağrıların hər hansı ağırlaşma əlaməti daşımadığını bildirib.