Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Suriyanın şimalında yerləşən Hələb şəhərinin yaşayış məhəllələri yaxın saatlarda kürd silahlı dəstələrindən tam təmizlənəcək.
APA "Al-Ikhbariya" telekanalına istinadən xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nureddin əl-Baba na açıqlamasında bildirib.
Onun sözlərinə görə, hökumət qüvvələrinə Suriya Demokratik Qüvvələri ilə əlaqəli silahlı qrupların müqavimət göstərdiyi Əşrəfiyyə və Şeyx Maksud rayonlarında aparılan əməliyyat artıq yekun mərhələdədir.
Rəsmi nümayəndə qeyd edib ki, nəzarət altına alınan məhəllələrdə mühəndis bölmələri minaların və partlayıcı qurğuların zərərsizləşdirilməsinə başlayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.