AZ

Balınindən dolların məzənnəsi ilə bağlı SEVİNDİRİCİ XƏBƏR

"2026-cı ildə dolların məzənnəsi 70 rubldan, avronun isə 80 rubldan aşağı düşə bilər".

Publika.az xəbər verir ki, bu proqnozu Gazeta.ru-ya Rusiya hökumətinə bağlı Maliyyə Universitetinin dosenti, iqtisad elmləri namizədi İqor Balınin təqdim edib.

O bildirib ki, rublun möhkəmlənməsi strategiyası informasiya təzyiqindən asılı olmayaraq 2026-cı ildə davam etdiriləcək.

Ekspertin sözlərinə görə, rublun möhkəmlənməsini aşağıdakı amillər dəstəkləyəcək:

  • Rusiyalıların ABŞ dollarına etimadsızlığı və onu düşmən valyuta kimi qəbul etməsi;
  • Əmanətləri rubl ilə saxlamaq istəyinin güclənməsi;
  • Turistik səfərlərdə Rusiya daxilinə və dost ölkələrə üstünlük verilməsi;
  • İdxal əvəzetməsi siyasəti və Rusiyanın maliyyə və texnoloji suverenliyinin təminatı.

Balınin həmçinin rusiyalılara portfellərində xarici valyutadan imtina etməyi tövsiyə edib: bu həm daha etibarlı, həm də daha sakit maliyyə strategiyası hesab olunur.

Seçilən
80
30
publika.az

10Mənbələr