BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya qarşı son hücumları ilə əlaqədar fövqəladə iclas keçirəcək.
"Ölkə.az" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X hesabında yazıb.
"Biz Təhlükəsizlik Şurasını təcavüzün dayandırılmasını tələb edərək, mülki əhalini qoruyaraq və Ukraynanın suverenliyinə dəstəyi əsirgəmədən məqsəd birliyini nümayiş etdirməyə çağırırıq", - Sibiqa vurğulayıb.
O, iclasın yanvarın 12-də keçiriləcəyini bildirib.
Qeyd edək ki, yanvarın 8-dən 9-na keçən gecə Rusiya ordusu Ukraynanın Lvov şəhərinə ballistik raketlərlə zərbələr endirib.