AZ

Tehranda iğtişaşlar zamanı ölənlərin görüntüləri yayıldı - VİDEO

Sosial mediada İranın paytaxtı Təhranın cənubundakı Kahrizakda toplanmış 20-dən çox meyit torbasının görüntüləri yayılıb.

Bizim.Media “TƏBRİZ-TURAN-TV” Telegram kanalına istinadən xəbər verir ki, bunlar son iki gecə ərzində İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş etirazçılardır. 

Yerli mənbələr bildirir ki, yalnız Təhranda ölü sayı ən azı 200 nəfərdir.