AZ

Almaniyada alkoqollu içkilərin bahalaşdırılması təklif olunur

Almaniyada koalisiya hökumətində yer alan partiyaların – Sosial Demokratlar Partiyası (SPD) və Xristian Demokratlar İttifaqının (CDU) səhiyyə siyasəti üzrə nümayəndələri alkoqollu içkilərin qiymətinin artırılmasını istəyirlər.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, SPD-nin Bundestaqdakı fraksiyasının səhiyyə məsələləri üzrə sözçüsü Xristos Pantatsis beynəlxalq təcrübəyə əsasən alkoqolun bahalaşdırılmasının istehlakın azaldılmasına təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, Almaniyada alkoqollu içkilərin vergiləri uzun illərdir yenilənmədiyindən təsiredici rol oynamır.

CDU-nun səhiyyə siyasəti üzrə sözçüsü Simone Borxardt məqsədli alkoqol vergisinin tətbiqini dəstəklədiyini açıqlayıb. Bildirib ki, bu vəsaitlər profilaktika, asılılıqla mübarizə və müalicə proqramlarının gücləndirilməsinə yönəldilməlidir.

Almaniya Ailə Həkimləri Assosiasiyası da təşəbbüsü müsbət qiymətləndirib.

Federal Statistika İdarəsinin məlumatına əsasən, Almaniyada alkoqol məhsullarının qiymətləri Avropa İttifaqı üzrə orta göstəricidən 14 faiz aşağıdır. Avropa İttifaqına üzv ölkələr arasında alkoqolun Almaniyadan daha ucuz olduğu yeganə ölkə İtaliyadır.

Seçilən
28
4
yeniazerbaycan.com

5Mənbələr