AZ

Tramp İrana zərbə endirmə variantlarını nəzərdən keçirir

Donald Tramp İrana zərbələr endirmək üçün bir neçə variantı nəzərdən keçirir.

"Yeni Sabah" The New York Times-a (NYT) istinadla xəbər verir ki, ABŞ Prezidenti yeni variantlar barədə məlumatlandırılıb.

"Tramp son qərar verməyib. Lakin rəsmilər bildiriblər ki, o, İran rejiminin nümayişləri yatırmaq səylərinə cavab olaraq zərbə endirməyə ciddi şəkildə icazə verməyi düşünür", - NYT qeyd edib.

Prezidentə Tehranda qeyri-hərbi hədəflərə zərbələr endirmək də daxil olmaqla bir sıra variantlar təqdim edilib.

Bir gün əvvəl Tramp İrandakı etirazlar fonunda İran xalqına kömək etməyə hazır olduğunu bəyan edib.

Amerika lideri "TruthSocial" sosial şəbəkəsində yazıb: "İran, bəlkə də, əvvəllər heç olmadığı qədər azadlığa can atır. ABŞ kömək etməyə hazırdır".

İranda etirazlar 28 dekabrdan bəri davam edir. Əvvəlcə ağır iqtisadi vəziyyət və milli valyutanın dəyərdən düşməsi ilə başlayan etirazlar tezliklə siyasi kontekst qazanıb.

Amerika lideri xəbərdarlıq edib ki, İran təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açsa, İrana qarşı əlavə hücumlar istisna edilməyəcək.


Telegram kanalımız
Seçilən
135
35
yenisabah.az

10Mənbələr